İnformasiya

İnformasiya (latınca informatio) ifadə olunma formasından asılı olmayaraq insanlar, canlılar, cansızlar, faktlar, hadisələr, proseslər və s. haqqında olan məlumat və biliklərdir.

Bilik – dərkolunma vasitəsilə alınan informasiyadır. Bilik elə informasiyadır ki, məntiqi mühakimələr yolu ilə müəyyən çıxarışlar və təkliflər alına bilər. Biliklər müəyyən faktlar və onlar arasındakı asılılıqlar şəklində ifadə olunur. İnformasiya nəzəriyyəsində informasiyanın kəmiyyət (miqdar) baxımından təyinində də bu yanaşma əsas götürülmüşdür.

 

“Fakt” sözü “məlumat” və “xəbər” sözləri ilə eyni mənalıdır. Beləliklə, fakt hər hansı obyekt və ya hadisənin xassələrini təyin edir. Bütün hallarda informasiya faktdır, fakt isə informasiya olmaya bilər.

Rabitə texnikası üzrə alman mütəxəssisi A.Melisə görə: məlumat – informasiya üçün mənasını öyrənmək lazım gələn işarələrdir.

 

İnformasiyanın iki aspektini qeyd edirlər: semantik (məzmun) və praqmatik (qiymətli).

Semantik konsepsiya müəyyən problem üzrə mülahizə tərkibində olan informasiya miqdarı, bu mülahizənin doğruluğunun sübut edilməsi və ya nəzərə alınmaması entropiyasının (qeyri-müəyyənliyinin) nə qədər azaldılması, sistemin təşkilatsızlığı ilə təyin edilir.


Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov