İnformasiyanın növləri və formaları

İnformasiyalar yaranmasına, qəbul edilməsinə, ötürülməsinə, ifadə formalarına və vasitələrinə, istifadəsinə və s. görə müxtəlif cür qruplaşdırıla bilər.

İnformasiyalar, əsasən, aşağıdakı şəkillərdə olur:

-          Mətnlər;

-          Şəkillər, çertyojlar, fotolar;

-          İşıq və ya səs siqnalları;

-          Radio dalğalar;

-          Elektrik və sinir impulsları;

-          Maqnit yazıları;

-          Jest və mimikalar;

-          İy və dad bilmə (hiss orqanları vasitəsilə);

-          İrsi əlamətlərin və orqanizmlərin xassələrinin ötürüldüyü xromosomlar və s.

 

İnformasiyalar formalarına görə 2 qrupa bölünür:

§  analoq (kəsilməz)

§  rəqəmsal (diskret)

Bizi əhatə edən aləmdən gördüyümüz təsvirlər, obyektlər, zaman ərzində eşitdiyimiz dəyişən siqnallar analoq informasiyaya aiddir. Xüsusi kodlarla qurğulara verilən, diskret olaraq dəyişən ədədi qiymətlər çoxluğundan ibarət informasiyalar isə rəqəmsal informasiyalara aiddir.

 

İnformasiyanın növlərinin informatika baxımından tam siyahısı:

-          məntiqi;

-          ədədi;

-          mətn;

-          audio (səsli);

-          qrafiki;

-          video (görüntülü);

-          multimedia.

 

İnformasiyanın verilmə (təqdim olunma) üsulları aşağıdakılardır:

-          mətn;

-          ədədi;

-          qrafiki;

-          səs;

-          kombinasiyalı.



Əlaqəli mövzular

Əvvəlki səhifə

Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov