İnformasiyanın xassələri

İnformatika nöqteyi-nəzərincə informasiyanın aşağıdakı xassələrini daha vacib hesab etmək olar:

 

§  Aydınlıq – ünsiyyət dilini bilmək nəticəsində informasiyanın daha yaxşı başa düşülməsidir.

§  Faydalılıq (qiymətlilik) – düzgün qərar qəbul etməyə səbəb olmasıdır. İnformasiyanın qiymətliliyi informasiyadan əvvəl və informasiya əldə edildikdən sonra məqsədə çatmağın ehtimallıqları arasındakı fərqlə ölçülür.

§  Obyektivlik (doğruluq) – cəmiyyətdə lazım olmayan sosial narazılıqların yaranmasına imkan verməməsidir.

§  Tamlıq (dolğunluq) – informasiya obyekti haqqında daha geniş informasiyanın verilməsidir.

§  Dəqiqlik – informasiya obyektini daha effektiv əks etdirməsidir. Məsələn, “20 yaş” ifadəsi “gənc yaş” ifadəsinə nisbətən daha dəqiqdir.

§  Adekvatlıq – informasiyanın işin real obyektiv vəziyyətinə uyğun olması dərəcəsidir. Məsələn, fotoşəkil insanın əllə çəkdiyi şəkildən daha obyektivdir.

§  Mövcudluq (əlçatanlıq) – bu və ya digər informasiyanın alınmasının mümkünlüyünün ölçüsüdür.

§  Aktuallıq – informasiyanın cari zaman anına uyğunluq dərəcəsidir.

 

Bəzən, informatikada informasiyanın mövcudluq xassəsi açıqlıq termini vasitəsilə də ifadə olunur. Açıqlıq iki şərtlə müəyyən edilir:

1) informasiyanı mühafizə edən verilənlərin açıqlıq dərəcəsi;

2) verilənlərin istifadəsi üçün informasiya metodlarının açıqlıq səviyyəsi.

 

Açıq informasiya sistemlərində qismən etibarlılıq vardır. İnformasiyanın tam etibarlılığı qapalı sistemlərdə mümkündür. Belə informasiya sistemləri model sistemlər adlanır. Həmin sistemlərdə tam etibarlılıq və ya tam təhrif ola bilər.


Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov