İnformasiyanın ölçü vahidləri

Kompüterin ilk vaxtlar yalnız riyazi hesablamalar üçün nəzərdə tutulmağına baxmayaraq hazırda insan fəaliyyətinin elə bir sahəsini tapmaq olmaz ki, orada bu qurğudan istifadə edilməsin. Halbuki, kompüter yalnız rəqəmlərlə ifadə olunmuş informasiyanı işləyə bilir və kompüterin yaddaşında rəqəmlərdən başqa heç bir digər simvol olmur. Odur ki, istənilən başqa informasiya kompüterə daxil edilərkən standart formaya salınır. Bütün növ informasiyalar çevrilərək kompüterin yaddaşında yalnız iki işarə - 0 və 1 rəqəmləri vasitəsilə ifadə olunmuş formada yazılaraq saxlanılır. Bu rəqəmlər ikilik say sisteminin əsasını təşkil etdiyi üçün informasiyanın belə təsvirinə onun ikilik təsviri deyilir.

Kompüterlərdə informasiyanın ikilik təsvirinin əsas səbəbi kompüterin elektriklə işləyən texniki qurğu olması və onda elektrik cərəyanının yuxarı gərginlikli (1) və aşağı gərginlikli (0) vəziyyətindən istifadə edilməsidir.

Kompüterdə verilənlər ikilik ədədlər şəklində təsvir edildiyindən maşına daxil edilən və ya kompüter vasitəsilə yaradılan istənilən tipli informasiyanın ikilik rəqəmlərdən ibarət xüsusi kodundan istifadə edilir. Bu kodlar müxtəlif standartlarda öz ifadəsini tapıb.

Kodlaşdırılmış informasiya kompüterin yaddaş qurğusunun oyuq (yuva) adlanan yaddaş hissələrində saxlanılır. Yaddaş oyuqlarının hamısı eyni quruluşludur. Oyuqlar hər birində bir dənə ikilik rəqəm yerləşə bilən mərtəbələrdən ibarətdir. Bütün oyuqlardakı mərtəbələrin sayı eynidir. Oyuqdakı mərtəbələrin sayına “maşın sözü uzunluğu” və ya “oyuğun uzunluğu” deyilir. Bir mərtəbədə yerləşə bilən informasiyanın miqdarına bit (ingiliscə binary digit – ikilik rəqəm sözundən) deyilir. Bit informasiyanın ən kiçik (elementar) ölçü vahididir. Yaddaş qurğusuna yazıla bilən informasiyadakı bitlərin sayına informasiyanın həcmi deyilir.

XX əsrin 60-cı illərinin ortalarınadək müxtəlif kompüterlər müxtəlif uzunluqlu “maşın sözü”ndən istifadə edirdilər. 1956-cı ildə Dr.Verner Baçholz IBM-360 kompüterləri ilə təqdim olunan 8-bitlik standart yaddaş ölçüsü üçün Bayt terminini işlətdi. İki bayt birlikdə bir söz  adlanır.

1 bayt = 8 bit = 23 bit

Böyük həcmli informasiyaların ölçülməsi üçün baytın misil vahidlərindən də istifadə edilir. Hər misil vahidi özündən əvvəlki vahidddən 1024 dəfə böyükdür ki, bunu da ikilik əsasla göstərdikdə 210 alınır. Hal-hazırda praktikada əsasən aşağıdakı daha böyük informasiya ölçü vahidləri işlədilir:

 

Misil

vahidi

Tam adı

Özündən əvvəlki

vahidə görə

Bayt

ekvivalenti

Bit

ekvivalenti

kB

kilobayt

1024 bayt

210

213

MB

meqabayt

1024 Kb

220

223

GB

qiqabayt

1024 Mb

230

233

TB

terabayt

1024 Gb

240

243

PB

petabayt

1024 Tb

250

253

EB

ekzabayt

1024 Pb

260

263

ZB

zetabayt

1024 Eb

270

273

YB

yottabayt

1024 Zb

280

283

 

 

Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov