Say sistemləri

Say sistemi ədədlərin rəqəmlər adlanan məhdud simvollar əlifbası ilə ifadə olunması üsuludur. Say sistemləri iki cür olur: mövqesiz və mövqeli.

Roma say sistemi mövqesiz say sistemidir. Burada ədədi ifadə etmək üçün latın əlifbasının baş hərflərindən istifadə olunur: I – 1, V – 5, X – 10, L – 50, C – 100, D – 500, M – 1000 ədədlərini ifadə edir. Mövqesiz say sistemində verilmiş rəqəm yerləşdiyi mərtəbədən asılı olmayaraq eyni bir ədədi ifadə edir: XXX - ədədində X həm birinci, həm ikinci, həm də üçüncü mərtəbədə 10-a bərabərdir. Nəticədə təsvir edilən ədədin qiyməti 30-dur.

Mövqeli say sisteminə ikilik, səkkizlik, onluq, onaltılıq və digər say sistemlərini misal göstərmək olar. Mövqeli say sistemində verilmiş rəqəm (simvol) yerləşdiyi mərtəbəyə müvafiq olaraq müxtəlif ədədləri ifadə edir: 222 - ədədində 2 birinci mərtəbədə 2, ikinci mərtəbədə 20, üçüncü mərtəbədə isə 200-ü ifadə edir.

            Sabit mövqeli ədəd: 1230

            Sürüşən mövqeli ədəd: 123x10; 12,3x102; 1,23x103 və s.

            Hesablamada biz 10-luq say sistemindən istifadə edirik. Kompüterlərdə hesablama 2-lik say sistemi əsasında aparılır. Bundan başqa 8-lik və 16-lıq say sistemlərindən də istifadə edilir.

            Hər bir say sistemində onun əsası qədər simvoldan istifadə edilir. Belə ki, say sisteminin əsası həmin say sistemində ədədlərin yazılışı üçün istifadə olunan simvolların sayıdır. 10-luq say sistemində - 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9; 2-lik say sistemində 0, 1; 8-lik say sistemində - 0, 1, 2, 3, 4, 5, 6, 7; 16-lıq say sistemində - 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, A, B, C, D, E, F simvollarından istifadə edilir.

            Ədədin hansı say sisteminə mənsub olduğunu bilmək üçün onun indeksində say sisteminin əsası yazılır: 1510, 101012, 478, A1816

               

Ədədin mərtəbələri aşağıdakı kimi ifadə edilir:       

5

4

3

2

1

0

-1

-2

-3

-4

1

2

3

4

5

6,

7

8

9

0

Bu zaman ədədin təkliklər mərtəbəsinin nömrəsi 0 (sıfır) qəbul edilir.


Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov