Kompüterlərin arxitekturası və strukturu
  

Description: PC.png

Fərdi kompüterin əsas hissələri onun sistem bloku, monitoru, klaviaturası və mausudur.

Yalnızca bu qurğuların olması istifadəçinin kompüterin imkanlarından, demək olar ki, tam istifadəsinə şərait yaradır. Biz kompüterə klaviatura və mausun köməkliyi ilə əmrləri və verilənləri daxil edib nəticələrin monitorda xaric olunduğunun şahidi oluruq. Lakin əmr və verilənlərin daxil olunması üçün əvvəlcədən müəyyən bir proqram işlək vəziyyətdə olmalıdır. Belə ki, kompüterdə iş görmək üçün onun yalnız qurğuları kifayət etmir. Qurğuların işini təmin edən və kopmüterlə istifadəçi arasındakı dialoqu təşkil edən, həmçinin istifadəçinin məsələsinin həllini həyata keçirən proqramlardır. Proqramlar kompüterin yaddaş qurğularında saxlanılır. Odur ki, bizim işimiz proqramı sadəcə “çağırmaq”dır. Amma gördüyünüz kimi yuxarıda adlarını çəkdiyim əsas hissələr arasında yaddaş qurğusundan söz açılmadı. Bəlkə, haqqında danışılacaq başqa qurğular da var? Monitor, klaviatura, sistem bloku və maus, bəlkə də, fərdi kompüterin sadəcə görünən hissələridir?

Bəli, fərdi kompüterin işini təmin edən digər qurğular da mövcuddur və onların bir çoxu sistem blokunun içərisində yerləşir. Sistem blokunu açmış olsaq orada çoxlu sayda hissələrin olduğunu görərik. Onlardan qida bloku, sərt maqnit disk, ana kart və onun üzərində olan mərkəzi prosessor və əməli yaddaş qurğusu bütün fərdi kompüterlərdə mütləq mövcuddur.


Description: HX850 2 png.png

Description: Hard_disk_Western_Digital_WD1000_1_(dark1).PNG

Description: image002.png

Qida bloku

Sərt maqnit disk

Ana kart

 

Description: cpu.png

Description: DDR1-400MHZ-1GB-DESKTOP-RAM.png

Description: 25080_eeprom_LRG.png

Mərkəzi prosessor

RAM

ROM

 

Bəs, bu qədər qurğu nə üçün lazımdır? Bu qurğuların nə üçün lazım olduğunu bilmək üçün kompüterlərin arxitekturası ilə tanış olmaq lazımdır. Bəs, arxitektura nədir?

Hesablama  tarixinin ən böyük hadisəsi 1944-45-ci illərdə reallaşan verilənlərin və verilənləri idarə edən əmrlərin məntiqi olaraq eyni olması və eyni yerdə saxlanıla bilməsi konsepsiyası olmuşdur. Kompüter layihəsi fon Neyman arxitekturası adlanan, bugünün kompüterlərinin də əsasını təşkil edən bu prinsip üzərində hazırlanmışdır. Baxmayaraq ki, pinsip atom bombası hazırlanması üzərində işləyən parlaq riyaziyyatçı Con fon Neymanın şərəfinə adlandırılmışdır, amma güman edilir ki, orijinal ideya Presper Ekert və Con Moçlinin adı ilə bağlıdır. "Fon Neyman arxitekturası" termini isə 30 iyun 1945-ci ildə fon Neymanın “EDVAC-da Hesabatın Birinci Layihəsi” yazısından meydana çıxmışdır.

1936-cı ildə Alan Turinq yazısında “universal hesablama maşını” (indi isə universal Turinq maşını adlandırılır) adlandırdığı hipotetik maşında əmr və verilənlərin birlikdə saxlanılmasını təsvir etmişdir. Eyni ildə Konrad Zuse də müstəqil şəkildə bu haqda yazı yazmışdır.

Fon Neyman arxitekturasının əsas xarakteristikası informasiyanı emal edən hissələrin informasiyanı saxlayan hissələrdən ayrı olması idi. Bu isə fon Neyman arxitekturasının beş komponentini ayırd edir:

§  Verilənləri və əmrləri saxlayan yaddaş qurğusu

§  Verilənlər üzərində hesabi və məntiqi əməliyyatlar apara bilən hesab/məntiq qurğusu

§  Ətraf aləmdən verilənləri kompüterə daxil edən giriş qurğusu

§  Kompüterin içərisindəki nəticələri ətraf aləmə daşıyan çıxış qurğusu

§  Bütün digər komponentlərin düzgün işləməsini təmin etmək üçün rejissor rolunu oynayan idarəetmə qurğusu

 

Fon Neyman arxitekturasının əsas prinsipləri aşağıdakılardır:

-          Kompüterin işləməsi üçün proqram lazımdır

-          Kompüter ardıcıl ünvanlanan vahid yaddaşa malik olmalıdır

-          Əmrlərlə verilənlər arasında heç bir fərq yoxdur

-          Verilənlərin təyin edilməsi proqram səviyyəsində aparılır

Kompüterin arxitekturası proqramın məntiqi icrasına birbaşa təsir edən atributları əhatə edir. Kompüterin strukturu anlayışı isə onun komponentlərinin bir-biri ilə əlaqələrini təyin edir.

Neyman arxitekturalı istənilən kompüter iki hissədən – mərkəzi və periferiya hissələrindən – ibarət olur. Mərkəzi hissə HMQ (hesab/məntiq qurğusu), İQ (idarəetmə qurğusu) və daxili yaddaş qurğusundan ibarətdir. Periferiya hissə isə giriş qurğuları, çıxış qurğuları, xarici yaddaş qurğuları və idarəetmə pultundan (fərdi kompüterlərdə olmur) ibarətdir.


 
Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov