Ana kart

Müasir kompüterlərdə mərkəzi hissə periferiya hissə ilə və həmçinin bu hissələrin komponentləri öz aralarında sistem interfeysi ilə əlaqələndirilir. İnterfeys qurğların, proqramların və insanın qarşılıqlı əlaqəsini təmin edən vasitələr və qaydalar çoxluğudur. Sistem interfeysi kompüterin qurğularının qarşılıqlı əlaqəsini və onlar arasında informasiya mübadiləsini təmin edir. Fərdi kompüterlərdə sistem interfeysi funksiyasını sistem şinləri yerinə yetirir. Sistem şini kompüter sisteminin əsas komponentlərini bir-biri ilə əlaqələndirən şindir. Şin – prosessorla yaddaş arasında və ya giriş-çıxış qurğularının kontrollerləri (idarə sxemləri) arasında verilənlərin və idarə siqnallarının ötürülməsini təmin edən naqillər yığımından ibarətdir. O, verilənlər şini, ünvan şini və idarəetmə şinlərinin funksiyalarını özündə birləşdirir.

Verilənlər şinində prosessorun registirindən və əksinə surətdə, fəal yaddaşdan verilənlərin surətinin alınması baş verir. Müasir kompüterlərdə 64 xəttdən (dərəcə, mərtəbə) ibarətdir. Ünvan şini verilənlərin göndəriləcəyi ünvanı müəyyənləşdirir, müasir kompüterlərdə 32 xətdən ibarətdir. Əmrlər şini verilənlər üzərində əməliyyatları təyin edir. Müasir kompüterlərdə 32 xətdən ibarət olur.

Əksər kompüterlərdə daxili və xarici şinlər olur. Daxili şinlər kompüterin bütün daxili komponentlərini ana lövhə ilə əlaqələndirir. Bu tip şinlər həmçinin lokal şinlər adlanır. Xarici şinlər xarici periferik qurğuları ana lövhəylə birləşdirir.

Müasir fərdi kompüterlərin şinləri ana lövhə (anakart – motherboard) üzərində yerləşir.

Fərdi kompüterlərdə ana lövhə sistemin əsas komponentlərini özündə saxlayan və digər periferik qurğularla əlaqələri yaradan mərkəzi hissədir. Ana lövhə sözü bəzən əsas lövhə (Mainboard), sistem lövhəsi (System board) və ya Apple kompüterlərdə məntiqi lövhə (Logic board) adlandırılır. Bəzən isə mobo kəliməsi kimi işlədilir.


 

Ana kart üzərində minimum aşağıdakı komponentlər yerləşir:

§  Giriş/çıxış interfeysləri (I/O interfaces)

§  Prosessor yuvası (Socket və ya slot)

§  Şin yarıqları (Bus slots)

§  Yaddaş yarıqları (Memory slots)

§  Elastik maqnit (Floppy) disk sürücülərinin (FDD) konnektorları

§  Sərt maqnit (Hard) disk sürücülərinin (HDD) və optik disk sürücülərinin konnektorları

§  Sabit yaddaş çipləri

§  Çipset – şimal körpüsü (northbridge) və cənub körpüsü (southbridge)

§  Saat generatoru (clock generator)

§  CMOS-u cərəyanla təmin etmək üçün batareya


Giriş/çıxış interfeyslərinə aşağıdakılar aiddir:

    ·         Səs (sound)

Səs giriş-çıxışı 3 (front speaker, microphone, line in) və ya 6 (side (boz), rear (qara), central/bass (narıncı), front (və ya headphone) speakers (cökə), microphone (çəhrayı), line in (mavi)) ədəd 3,5 mm-lik TRS (tip/ring/sleeve) konnektorlu (plug) olur.

    ·         Video

o   Analoq: VGA (video graphics array); DE-15; S-Video (4 pin)

o   Analoq və rəqəmli: HDMI (high-definition multimedia interface); DVI (digital video interface)

    ·         USB (type A, type B, mini A, mini B)

    ·         Ardıcıl (Serial) – 15 və ya 25 sancaqlı (pin) olur. Sancaqlar ata tiplidir. Trafik 112 kbit/san-dir.

    ·         Firewire (əsasən Apple) və ya IEEE1394 (qeyri Apple kompüterlərin çoxu üçün belə adlandırılır)

o   Firewire 800 (full duplex) 800 Mbit/s

o   Firewire 400 (half duplex) 100-400 Mbit/s

6 dövrəli elektrik təchizatlı və 4 dövrəli elektrik təchizatsız (əsasən notebook-lar üçün) olur.

    ·         Paralel – DB-25 – 25 ana tipli sancağa malikdir (əsasən printerlər üçün istifadə edilib) – 2 Mbit/san.

    ·         NIC (network interface card) – RJ-45 (registered jack) – 8 pin (10-1000 Mbit/s Ethernet)

    ·         Modem port – RJ-11 – 4 pin (ənənəvi telefon xətlərində işlədilir)

    ·         PS/2

o   klaviatura (yasəmən) – 6 pin mini-DIN (deutsches institut für norming)

o   maus (yaşıl) – 6 pin mini-DIN

 

Prosessor yuvaları

·         DIP (Dual In-line Package) socket – Intel 8088

·         Slot socket – Single Edge Catridge – Pentium II (Slot1 adlı slota taxılır)

·         PGA (Pin Grid Array) socket – Pentium III – ZİF (zero insertion force) socket-lərdən istifadə edilir.

·         LGA (Land Grid Array) socket – Pentium IV (Prescott)


Əməli yaddaş slotları

·         SIMM (Single In-line Memory Module) – hər iki tərəfdə eyni kontaktlar mövcuddur.

o   30 pin

o   72 pin

·         RIMM (Rambus IMM) – 133mm x 35mm (RDRAM – Rambus Dynamic Random Access Memory  saxlayır) – hər bir yaddaş slotu doldurulmalıdır.

o   16-bit – 184 pin Contiunity RIMM (C-RIMM) tələb edir

o   32-bit – 232 pin Contiunity and Termination RIMM (CT-RIMM) tələb edir

·         DIMM (Dual IMM) – (133mm x 38mm) hər tərəfdə elektrik kontaktları fərqlidir. Verilənlər kanalı genişliyi 64 bit-dir.

o   SDRAM – 168 pin

o   DDR – 184 pin

o   DDR2/DDR3 – 240 pin

·         SODIMM (Small Outline Dual IMM) – 68mm x 32mm – əsasən laptop-larda istifadə olunub.

o   72 pin, 100 pin, 144 pin, 200 pin və 204 pin versiyaları var.

 

Şin slotları aşağıdakılardan ibarətdir.

      ·        ISA Industry Standard Architecture

      ·       PCI Peripheral Component Interconnection

      ·       PCIex PCI Express

      ·       AGP Accelerated Graphics Port

      ·       AMR – Audio/Modem Riser

      ·       CNR – Communications and Networking Riser

      ·       PCMCIA – PC Memory Card International Association

Hər bir şin slotu genişləndirmə kartını eyniadlı şinlə əlaqələndirir.

 

Konnektorlar

·        PATA – Paralell AT Attachment (IBM PC/AT) 16-dan 130 MB/san qədər sürət, əlavə qurğular. Bu standartda master/slave texnologiyası istifadə edilir. Bir konnektora 40 və ya 80 naqilli tək kabellə iki qurğu qoşmaq imkanı mövcuddur.

o   ATA

o   IDE – Integrated Drive Electronics – Western Digital tərəfindən ixtira olunub.

-          HDD kimi ATA qurğusu qoşulur

-          CD/DVD-ROM kimi ATAPI (ATA Packet Interface) qurğusu qoşulur

o   EIDE – Enhanced IDE – IDE-nin ikinci generasiyasıdır – 100-130 MB/san.

·         SATA – Serial AT Attachment – hər konnektora bir kabellə bir qurğu qoşulur.

o   SATA

-          SATA revision 1.0 – 1,5 Gbit/san

-          SATA revision 2.0 – 3 Gbit/san

-          SATA revision 3.0 – 6 Gbit/san

o   eSATA

Description: mobo_diag.png


Çipset

      ·       Şimal körpüsü (Northbridge) – Yaddaş idarəedici qovşaq (Memory controller hub).

Aşağıdakı hissələri birləşdirir:

o   Mərkəzi prosessor (CPU) – ön şin (front-side bus) vasitəsilə

o   Əməli yaddaş – yaddaş şini (memory bus) vasitəsilə

o   Qrafika adapterinin slotu (AGP və ya PCIe) – yüksək sürətli qrafika şini (high-speed graphics bus) vasitəsilə

      ·       Cənub körpüsü (Southbridge) – Giriş/çıxış idarəedici qovşaq (I/O controller hub).

Aşağıdakı hissələri birləşdirir:

o   Kart üzərindəki qrafika kontrolleri (Onboard graphics controller) – PCI şini vasitəsilə

o   PCI slotları – PCI şini vasitəsilə

o   Flash ROM (BIOS) – LPC (low pin count) şini vasitəsilə

o   Bütün giriş/çıxış interfeysləri və konnektorlar – LPC (low pin count) şini vasitəsilə

o   CMOS yaddaşı

o   Səs kodeki (Audio codec)

Şimal və cənub körpüləri öz aralarında daxili şin (internal bus) vasitəsilə əlaqələndirilirlər.


Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov