Alqoritmin xassələri

Alqoritmin xassələri aşağıdakılardır:

§  Alqoritm ardıcıl icra edilən əmrlər və ya əvvəlcədən müəyyən edilmiş sadə mərhələlər şəklində təsvir edilməlidir. Hər bir mərhələ verilənlərdən asılı olaraq sonlu vaxt ərzində icra olunmalıdır. Bu diskretlik xassəsidir.

§  Alqoritmin hər bir addımının məzmunu və bu addımların yerinə yetirilmə ardıcıllığı dəqiq və birqiymətli təyin olunmalıdır. Bu alqoritmin müəyyənlik xassəsidir.

§  Alqoritm ümumi olmalıdır, yəni müəyyən məsələ üçün tərtib olunmuş alqoritm, həmin tipdən (sinifdən) olan bütün məsələlər üçün yararlı olmalıdır. Bu alqoritmin kütləvilik  xassəsidir.

§  Alqoritmdəki addımlar və onları təşkil edən əməliyyatlar sonlu sayda olmalıdır. Yəni, alqoritm sonlu sayda mərhələdən sonra qurtarmalıdır. Buna, alqoritmin nəticəlilik xassəsi deyilir.


Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov