Alqoritmin təsvir üsulları

Alqoritmi mümkün qədər əyani şəkildə göstərmək üçün, əsasən, aşağıdakı təsvir vasitələrindən istifadə olunur:

§  Adi dildə (sözlərlə);

§  Qrafiki;

§  Alqoritmik dildə.


Alqoritmin adi dildə təsviri zamanı əməliyyatlar, icra olunacaq hərəkətlərin nəqli şəkildə ardıcıl sadalanması kimi verilir. Adi dildə təsvir sözlər və psevdokod vasitəsilə aparılır. Psevdokod – alqoritmin təbii dildə, proqramlaşdırma dilinə yaxın əmrlərlə yazılışıdır.


Alqoritmin qrafiki təsvirinə blok-sxem, Nassi-Şneyderman qrafları, iyerarxik sxemlər və cədvəlləri misal göstərmək olar. Mürəkkəb alqoritmlərin təsviri zamanı blok-sxemlərdən istifadə olunması daha geniş yayılmışdır, çünki bu halda alqoritmin blok-sxem şəklində təsviri daha əyani olur. Bu zaman, adətən alqoritmin bir addımına bir blok uyğun olur. Lakin bir blokda bir neçə eyni tipli mərhələ və ya bir mərhələ bir neçə blokda təsvir oluna bilər.

ANSI (American National Standards Institute) blok-sxemlərlə bağlı bəzi tövsiyələr vermişdir:

-          Blok-sxemdəki standart simvollarla proqramın məntiqi təqdim olunmalıdır.

-          Blok-sxem bəsit, açıq və asan izlənən olmalıdır.

-          Hər blok-sxemin bir ədəd başlanğıc və bir son nöqtəsi olmalıdır.

-          Blok-sxemin izlənmə yönü yuxarıdan aşağıya, soldan sağa doğru olmalıdır.

-          Verilən girişləri məntiqli bir ardıcıllıqla verilməlidir.

-          Başlanğıc və son simvollarında tək xətt işlədilməlidir.

-          Blok-sxem çox qarışıq hala düşdükdə, bağlanma nöqtələri və  alt proqram işlədilməlidir.

-          Test veriləni ilə sxem yoxlanmalıdır. Nəticələri bir cədvələ köçürülməlidir.

 

           başlanğıc və son

           giriş və çıxış

           əməliyyat və hesablama

          şərt

           alt proqram, funksiya

           nəticələrin çıxarılması

           dövr

           maqnit disk

                istiqamət xətləri

                             birləşdirici

           səhifələr arası keçid


            Alqoritmin proqramlaşdırma dilində təsviri, maşının icra edəcəyi hər bir kiçik əməliyyatın müəyyən əmrlərlə göstərilməsindən ibarətdir. Proqramlaşdırma dili vasitəsilə təsvir çox dəqiq olmalıdır, çünki maşın ancaq ona verilmiş proqramdakı əmrləri icra edə bilir.

            

            Verilənlər və kəmiyyətlər. Kompüterin üzərində əməliyyatlar apardığı kəmiyyətlər çoxluğu verilənlər adlanır. Proqramda aşağıdakı verilənlərdən istifadə olunur:

-          Giriş verilənləri – məsələnin həlli üçün tələb olunan, əvvəlcədən məlum olan verilənlərdir.

-          Aralıq verilənlər – hesablama prosesində alınan və istifadə olunan verilənlərdir.

-          Nəticə (çıxış) verilənləri – proses başa çatdıqdan sonra alınan verilənlərdir.

Alqoritm və proqramlaşdırma dillərində istifadə olunan kəmiyyətlər sabit (konstant) və dəyişənlərə ayrılırlar. Dəyişən kəmiyyətlər simvolik adlarla – identifikatorlarla təsvir edilirlər.

Verilənlərin ən zəruri tipləri – tam, həqiqi, məntiqi  simvol tipləridir.

Verilənlər strukturuna görə sadə  mürəkkəb olur. Sadə verilənlər (sabitlər, dəyişənlər, funksiyalar, ifadələr) üçün bir kəmiyyətə bir qiymət uyğun gəlir. Mürəkkəb kəmiyyətlər (massivlər, sətirlər, çoxluqlar və s.) üçün bir kəmiyyətə qiymətlər çoxluğu uyğundur.


Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov