Alqoritmin tipləri

Kompüterdə müxtəlif tipli məsələləri həll edərkən əsasən üç tipli alqoritmlərdən istifadə  olunur: xətti (düz), budaqlanan və dövri.


            Xətti alqoritmlər (sxem1.) sadə hesablama prosesini ifadə edən bir neçə ardıcıl əməliyyatlardan ibarət olur və onlar yazıldığı ardıcıllıqla da icra olunur.

 

Sxem 1.

 

 

 

Budaqlanan alqoritmlərin (sxem 2.) tərkibində bir və ya bir neçə məntiq mərhələsi olur. Bu mərhələdə müəyyən kəmiyyətlərin hər hansı bir şərti ödəyib-ödəmədiyi yoxlanılır və ona uyğun olaraq sonrakı gedişin istiqaməti seçilir. Yəni nəzərdə tutulan şərt ödənilirsə, bir istiqamətə, həmin şərt ödənilmirsə, başqa istiqamətə doğru hərəkət edilir. Beləliklə, alqoritmdə budaqlanma baş verir.

 

Sxem 2.

 



İki budaqdan ibarət olan prosesə sadə, ikidən artıq budaqdan ibarət olan prosesə isə mürəkkəb budaqlanan struktur deyilir. Budaqlanan struktur iki cür olur:

1)      Tam formalı budaqlanma – şərt ödənildikdə bir əməliyyat, ödənilmədikdə isə digər əməliyyat icra olunur.

2)      Natamam formalı budaqlanma – şərt ödənildikdə əməliyyat icra olunur, əks halda alqoritm yekunlaşır.

 

Proqramlaşdırmada tez-tez eyni əməliyyatlar qrupunun çoxlu sayda təkrar olunması lazım gəlir. Bu halda dövri alqoritmdən (sxem 3.) istifadə olunur. Dövrlər sadə  mürəkkəb olur. Sadə dövrlü alqoritmin bir dövrü olur. Əgər hər hansı bir alqoritmdə bir neçə daxili dövr iştirak edirsə, onda belə dövrlərə mürəkkəb dövr deyilir. Mürəkkəb dövrləri əmələ gətirən sadə dövrlər kəsişə bilməz.

 

Sxem 3.


 


Dövrü alqoritmlərin iki tipindən istifadə edilir:

1)      Parametrə görə (modifikasiyalı) dövrü alqoritmlər

2)      Şərtə görə (interasion) dövrü alqoritmlər

Parametrə görə dövrü alqoritmlərdə dövrün gövdəsinin təkrarlanmasının sayı əvvəlcədən verilir və ya məsələnin həlli prosesində məlum olur.

Şərtə görə (interasion) dövrü alqoritmlərdə dövrün gövdəsinin təkrarlanma sayı əvvəlcədən məlum olmur və təkrarlanma prosesi şərtdən asılı olaraq yerinə yetirilir. Şərtə görə dövri alqoritmlərdə şərt dövrün gövdəsindən əvvəl (ön şərtli) və ya sonra (son şərtli) təyin oluna bilər.


Giriş verilənlərindən asılı olaraq həlli tələb olunan məsələ əsas, əsas məsələnin həllinin asılı olduğu kiçik məsələlər isə onun altməsələsi adlanır. Altməsələyə uyğun alqoritmlər isəköməkçi alqoritmlər və ya prosedurlar adlanır. Hesablama prosesini yerinə yetirdikdə köməkçi alqoritmlər verilənlərin məlum qiymətlərində dəyişənlərin müəyyən qiymətlərini hesablayır və alınan qiymətlərdən əsas alqoritmdə istifadə edilir. Köməkçi alqoritmlər üçün istifadə olunan alqoritmdə istifadə olunan dəyişənlər formal parametrlər adlanır. Alqoritm icra edildikdə formal parametrlər faktiki parametrlərə çevrilirlər.


Köməkçi alqoritmlər prosedur proqram başlığı ilə başlayır, prosedurdan sonra altproqramın adı və bundan sonra mötərizə daxilində bir-birindən vergüllə ayrılmış və tipinə qədər dəqiq müəyyən edilmiş dəyişənlər (formal parametrlər) təsvir olunur.


Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov