Proqramlaşdırma dilləri

Proqram – hər hansı alqoritmin kompüterdə icrası üçün maşın əmrlərinin ardıcıllığıdır. EHM-də proqram yazmaq üçün istifadə olunan formallaşmış dillərə  proqramlaşdırma dillərideyilir. İstənilən  proqramlaşdırma dilinin əsas elementləri bunlardır: dilin əlifbası, sintaksisi və semantikası. 

Dilin əlifbası dedikdə, həmin dildə işlənən bütün simvollar nəzərdə tutulur.

Sintaksis əlifbada olan simvollardan dilin ayrı-ayrı konstruksiyalarının (əmrlərin, operatorların) düzəldilməsinin formal qaydalarıdır.  Bu qaydalar müxtəlif həll alqoritmlərini proqramlaşdırmağa imkan verir.

Semantika dilin bu və ya digər sintaksis  konstruksiyalarının təsviridir. Məsələn, əgər proqramın bu yerində y =a*(b+c) ifadəsinin hesablanması yazılıbsa, onda semantika qaydaları maşına “göstərir” ki, əvvəlcə (b+c) cəmini tapsın, sonra həmin cəmi a-ya vursun.


Aşağıda bəzi proqramlaşdırma dilləri haqqında məlumat verilmişdir.


Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov