Proqramlaşdırma dillərinin nəsilləri

            Birinci nəsil – maşın dili. Maşın dilləri proqramlaşdırılma dillərinin ən elementar səviyyəsidir. Kompüter dili bilavasitə kompüterin “başa düşdüyü” kodlarda ifadə olummuş əmrlərdən təşkil olunur. Bu halda proqram müəyyən əmrlər ardıcıllığından ibarət olur. Bu əmrlər kifayət qədər sadə olub, verilənlərin üzərində müəyyən əməliyyatları yerinə yetirirlər. Hər bir əmr yerinə yetirilən əməliyyat (əməliyyatın kodu), əməliyyatda iştirak edən operandlar (verilənlərin yaddaşdakı ünvanları və ya özləri) və nəticənin haraya (hansı ünvana) yazılması haqqında məlumatlardan ibarət olur. Hər bir tip kompüter üçün müxtəlif əmrlərin sayı 100-dən artıq olur. Kompüter inkişafının erkən mərhələlərində, bütün proqram təlimatları hər bir kompüterə unikal ikilik kodlardan istifadə etməklə yazılmalı idi. Proqramlaşdırmanın bu tipi ikilik işarələrin (birlər və sıfırlar) və ya başqa say sistemlərinin ədəd cərgələri formasında əmrlərin yazılışı kimi çətin məsələni əhatə edir. Proqramçıların istifadə etdikləri mərkəzi prosessorun müəyyən tipinin daxili əməliyyatları haqqında ətraflı biliyi olmalıdır. Onlar, hətta, sadə emal məsələlərinə nail olmaq üçün ətraflı təlimatların uzun sıralarını yazmalıdırlar. Maşın dilində proqramlaşdırma hər təlimat və eyni zamanda, istifadə edilmiş verilənlərin yaddaş  ünvanını təyin etməyi tələb edir. Təlimatlar hər proqram tərəfindən istifadə edilmiş indikator və çevirici üçün daxil edilməlidir. Bu tələblər maşın dili ilə proqramlaşdırmanı çətin və səhvlərə meylli edir.

 

İkinci nəsil – Assembly dilləri. Onlar maşın dilində proqramların yazılış formasında çətinlikləri azaltmaq üçün inkişaf etdiriliblər. Assembly dillərinin istifadəsi assemblerlər adlandırılan dil tərcüməçisi proqramlarını tələb edir, hansı ki, kompüterə belə dillərin təlimatlarını maşın təlimatlarına çevirmək üçün imkan verir. Assembly-lər çox vaxt simvolik dillər adlandırılır, çünki əməliyyat  kodlarını  və yaddaş ünvanlarını təmsil etmək üçün simvollardan  istifadə edilir.  Əməliyyat kodlarını, yaddaş ünvanlarını və məlumat elementlərini təmsil etmək üçün mnemonika (yaddaş köməkləri) adlandırılmış rahat əlifba ixtisarları və başqa simvollar istifadə edilirlər.


Assembly Code

 

Object Code

LDA A

ADD #5

STA A

JMP #3

-> Assembler ->

000100110100

001000000101

001100110100

010000000011

 

Üçüncü nəsil – yüksək səviyyəli proqramlaşdırma dilləri. Yüksək səviyyəli dillər həmçinin kompilyator dilləri kimi tanınırlar. Yüksək səviyyəli dillərin təlimatları bəyanatlar adlandırılır və insan dilinə və ya standart riyazi qeydlərə oxşayır. Fərdi yüksək səviyyəli dil bəyanatları faktiki olaraq makro təlimatlardır; belə ki, kompilyator və ya interpretator adlandırılmış yüksək səviyyəli dil tərcüməçisi proqramları tərəfindən maşın dilinə tərcümə edildikdə hər fərdi bəyanat bir neçə maşın təlimatını doğurur. Yüksək səviyyəli dil bəyanatları proqramı tərtib edilən məsələni və ya proseduru ifadə etmək üçün tələb olunan frazalara və ya riyazi ifadələrə oxşayır. Belə bəyanatların sintaksis (lüğət, punktuasiya və qrammatik qaydalar) və semantikası (mənalar) heç bir spesifik kompüterin daxili kodunu əks etdirmir.

 

Dördüncü nəsil dillər (4GL). Əksər dördüncü nəsil dilləri qeyri-prosedur dillərdir - hansı ki, kompüter nəticələrə nail olacaq təlimatların ardıcıllığını müəyyən edərək istifadəçilər və proqramçılara tələb etdikləri nəticələri almağa kömək edir. İstifadəçilər və proqramçılar artıq kompüterin nəticəyə nail olması üçün izləməli olduğu təlimatlar ardıcıllığını inkişaf etdirməyə çoxlu vaxtı sərf etməli deyillər. Beləliklə, dördüncü nəsil dili proqramlaşdırma prosesini sadələşdirməyə kömək etmişdir. İngilis dilinə və ya başqa insan dillərinə yaxın təbii dillər 4GL-dir. Süni intellektdə elmi-tədqiqat fəaliyyəti nəticəsində təbii dildə adi söhbət kimi istifadəsi asan olan proqramlaşdırılma dilləri təkmilləşdirilir.

 


Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov