Proqram təminatı

Proqram təminatı verilənləri (data) emal etmək üçün vacib olan proqramların məcmusudur. Başqa sözlə, proqram təminatı informasiya emalının təşkili və idarə edilməsi üçün istifadə olunan proqramlar kompleksidir. Proqram təminatına daxil olan proqramları üç qrupa bölmək olar:


1)      Sistem proqram təminatı (system software) – kompüterin və kompüter şəbəkələrinin işini təmin edən proqramların məcmusudur.


2)      Tətbiqi proqram təminatı (application software) – müxtəlif funksional məsələləri hesablama sistemlərində həll etmək üçün istifadə edilən proqram məhsullarıdır. Onlar ümumilikdə tətbiqi proqram paketləri (TPP) də adlandırılır.


3)       İnstrumental proqram təminatı və ya proqramlaşdırma vasitələri (software tools) – hazırlanan proqram məhsullarının işlənməsini (emalını), sınağını və tətbiqini təmin edən proqramların məcmusudur.


Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov