Tətbiqi proqram təminatı

Tətbiqi proqram təminatı sistem, xüsusən ƏS-nin idarəsi altında işləyir. Tətbiqi proqram paketləri (TPP) istifadəçi tərəfindən həll edilən məsələnin avtomatlaşdırılması üçün çox güclü alətdir və istifadəçini informasiyanın emalında kompüterin bu və ya digər funksiya və prosedurların necə yerinə yetirildiyini bilməkdən azad edir. TPP – müəyyən sinif məsələləri həll üçün təyin olunmuş kompleks proqramdır.

Tətbiqi proqram təminatının tərkibinə aşağıdakı tətbiqi proqram paketləri daxildir:

§  Ümumi təyinatlı (Universal);

§  Üsulyönlü;

§  Problemyönlü;

§  Qlobal kompüter şəbəkələri üçün.

 

Ümumi təyinatı (universal) TPP – istifadəçinin funksional məsələlərinin və informasiya sistemlərinin hazırlanması və istismarının avtomatlaşdırılması üçün təyin olunan proqram məhsuludur. Bu TPP-yə aşağıdakılar aiddir:

§  Mətn redaktorları (Notepad, AkelPad) və prosessorları (Microsoft Word, Word perfect, Word Pad, Lexicon, Ami Pro, ChiWriter, MultiEdit);

§  Elektron cədvəl prosessorları (Microsoft Excel, Lotus, Quattro Pro, SuperCalc);

§  Qrafiki redaktorlar (Paint, Boeing graph, Fanvision, Corel Draw, Adobe Photoshop, Adobe Illustrator);

§  Nəşriyyat sistemləri (Adobe Page Maker, Adobe Indesign, Corel Ventura Publisher, QuarkXpress);

§  Tərcümə (Dilmanc, Promt, Socrat, Babylon, Intelsoft, Translate) və lüğət (Poliqlot, ABBY Lingvo, Oxford, Style) proqramları;

§  Mühasibat proqramları (1C, Smart, Uyum);

§  Verilənlər bazası idarəetmə sistemləri (VBİS) (FoxBase+, Clipper, Dbase for Windows, FoxPro, R:base, Database, Informix, Ingres, Sybase, Progress, Paradox, Access, Oracle, SQL Server, MySQL);

§  İnteqrallaşdırılmış paketlər – özündə mətn redaktoru, elektron cədvəl, qrafiki redaktor, VBİS və s. modulları birləşdirir. (Framework, Startnave, Microsoft Works, Microsoft Office)

§  Ekspert sistemləri (iqtisadiyyatda – Expert-Ease, tibbdə - EMYCİN)

 

Üsulyönlü TPP (MathCAD, MathLAB, Derive, TKSolver, Mathematica, Maple, Simplex, Stats Network)  – riyazi-iqtisadi məsələlərin müəyyən üsullarla həllini reallaşdırır. Bura aiddir:

§  Riyazi proqramlaşdırma

§  Şəbəkəli planlaşdırma və idarəetmə

§  Kütləvi xidmət nəzəriyyəsi

§  Riyazi statistika

 

Problemyönlü TPP konkret bir sahənin hər hansı bir məsələsinin həllini nəzərdə tutur. Bura aşağıdakı proqram paketləri daxildir:

§  sənaye;

§  qeyri-sənaye;

§  xüsusi sahələrdə tətbiq üçün.

 

Qlobal şəbəkələrin TPP-nin əsas vəzifəsi istifadəçinin ərazilər üzrə paylanmış ümumi şəbəkə resurslarına, verilənlər bazasına müraciətini, məlumatların ötürülməsini və s. rahat və etibarlı təmin etməkdən ibarətdir. Qlobal Internet şəbəkəsinin standart TPP-nə aşağıdakılar daxildir:

§  Veb brauzerlər (Netscape Navigator, Internet Explorer, Opera, Google Chrome, Mozilla FireFox, Yandex və s.)

§  Elektron poçt proqramları (Eudora, MS Outlook)

Bank fəaliyyətində verilənlərin beynəlxalq şəbəkələrə ötürülməsi üçün standart TPP geniş yayılıb. Bunlara Swift, Sprint, Reuters-i misal göstərmək olar. Hesablama prosesinin təşkili üçün lokal və qlobal şəbəkələrdə əsasən BayNetworks firmasının TPP-dən istifadə olunur.


Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov