Elektron cədvəl prosessorları
           
            Elektron cədvəllər kompüter istifadəçiləri tərəfindən müxtəlif hesabatların aparılmasında istifadə olunan proqramlardandır. Elektron cədvəllərin yaradılmasına və onun veriləenlərinin manipulyasiya imkan verən proqram paketləri cədvəl prosessorları adlanır. Bu paketlərdən ən geniş yayılanı və istifadə olunanı Lotus 1-2-3, Quattro-Pro, SuperCalc və Excel proqramıdır.

            İlk dəfə elektron cədvəl ideyası 1979-cu ildə Harvard universitetinin tələbəsi Den Briklin (Dan Bricklin) tərəfindən irəli sürülmüşdür. O və onun dostu Bob Frankston birinci elektron cədvəl proqramını hazırlamış və onu VisiCalc adlandırmışdırlar. İlk vaxtlar proqram yalnız Apple II kompüterləri üçün nəzərdə tutulmuşdur.

            1982-ci ildə proqram məhsulları bazarına Lotus 1-2-3 proqramı çıxarıldı. Lotus birinci cədvəl prosessoru idi ki, adi alətlərlə yanaşı, qrafiklə və verilənlər bazasının idarəetmə sistemləri ilə işləmək imkanına malik idi. Lotus IBM tipli kompüterlər üçün nəzərdə tutulmuşdur.

            1987-ci ildə Microsoft firması Excel elektron cədvəl prosessorunu istehsal etdi. Microsoft Excel 2010 elektron cədvəl prosessoru –

·         müxtəlif funksiyalardan (mətni, məntiqi, riyazi, maliyyə, statistik və s.) istifadə edərək hesabatların hazırlanmasını,

·         məlumatlara uyğun müxtəlif formalı diaqramların qurulmasını,

·         verilənlərin nizamlanmasını,

·         verilənlərə süzgəclərin (filtrlərin) tətbiq edilməsini,

·         forma və hesabat cədvəllərinin tərtibini,

·         verilənlərin siyahılar şəklində (verilənlər bazası) tərtibatını,

·         verilənləri konsolidasiyasını (bir neçə cədvəlin verilənlərinin bir cədvəldə birləşməsini),

·         düsturlar üzrə hesablamalardakı səhvlərin axtarışını,

·         verilənlərin digər şəxslər tərəfindən dəyişdirilməsinin mühafizəsini,

·         bir və ya bir neçə xananın (cell), cədvəlin özünün və ya iş kitabının mühafizəsini həyata keçirən prosesləri

yerinə yetirir.


Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov