Qrafiki redaktorlar

Hər bir qrafika üçün xüsusi redaktorlardan istifadə edilir. Bu redaktorlar aşağıdakı siniflərə təsnif edilir:

§  Rastr redaktorları

§  Vektor redaktorları

§  3D redaktorlar

§  Avtomatlaşdırılmış layihə sistemləri – CAD (Computer Aided Design)

 

Rastr əsaslı qrafiki redaktorlar: Painter (Fractal Design kompaniyası), Fauve Matisse, Adobe Photoshop, MS Paint, GIMP, Freehand Photostyler, Adobe PhotoPaint, Corel PhotoPaint, Picture Publisher, Machintosh platformasında işləmək üçün Pixel Resources kompaniyasının Pixel Paint Pro proqramları.

Rastr qrafikası fayl formatları:

·         BMP (BitMaP) – əsasən Paint proqramı vasitəsilə yaradılır, keyfiyyət aşağı olur.

·         JPEG (Joint Photogrphic Expert Group) – qrafiki faylın 10 dəfələrlə sıxılmasını təmin edir.

·         TIFF (Target Image File Format) – heç bir sıxılmaya yol verilmir, orijinalın maksimal keyfiyyətli surətini verir. Odur ki, peşəkar dizaynerlər tərəfindən istifadə olunur.

·         PSD (PhotoShop Document) – Adobe Photoshop proqramının xüsusi formatıdır, sıxılmaya yol verilmir.

·         PNG (Portable Network Graphics) – Internetdə dərc etmək üçün nəzərdə tutulan təsvirlərin faylıdır.

·         GIF (Graphics Interchange Format) – Internet üçün yaradılıb. Rəng sayını milyondan 256, 128 və 64-ə qədər azalda bilir.

 

Vektor əsaslı qrafiki redaktorlar: Corel DRAW, Adobe Illustrator, Macromedia FreeHand, Xara Xtreme, Adobe Fireworks, Inkscape və SK1.

Ən mürəkkəb bədii təsvirlərin yaradılması imkanlarına görə Corel Draw bütün rəqiblərini geridə qoyur.

Macromedia Freehand vektor redaktoru kompüterlə nəşriyyat işlərini aparmağa imkan verən Quark XPress proqramı ilə birlikdə işləyə bilir.

 

Rastr təsvirlərini vektor qrafikasına çevirən vektorizatorlar: Adobe Stream Line, Corel Trace

 

Vektor qrafikası fayl formatları: CDR, AI, EPS, PDF, DXF, CGM, WMF, SVG yaxud VML

3D qrafiki redaktorlar: Autodesk 3DS MAX, MAYA, Newtek Lightwavw, Softimage XSI, Rhinoceros 3D, Cinema 4D, ZBrush, Blender, Wing3D

 

CAD sistemlərə daxil olan proqramlar: AutoCAD, ArchiCAD, OrCAD, MathCAD.

OrCAD – elektron qurğuların avtomatlaşdırılmış layihələndirilməsini həyata keçirən proqram paketidir.

MathCAD – riyazı modelləşdirmədə istifadə olunan proqram paketidir.

 

Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov