VBİS-in linqvistik vasitələri

VBİS-in linqvistik vasitələrinə onun fəaliyyəti üçün istifadə olunan müxtəlif dillər və lüğətlər daxildir. VBİS-də istifadə olunan dillərə aşağıdakılar aiddir: Verilənlərin təsviri dilləri, verilənlərlə əməliyyat aparmaq üçün dillər, proqram təminatının yaradılması üçün işlənən dillər.

          Həm istifadəçilər, həm də VB-nin administratoru (VBA) verilənlərin strukturunun təyini və dəqiq təsviri məqsədilə verilənlərin təsviri dillərindən stifadə edirlər.

            Təsvir səviyyəsinə uyğun olaraq verilənlərin təsviri üçün 3 tip dillərdən istifadə olunur:

1)      Sorğuların təsviri üçün dil – istifadəçilərlə ünsiyyət dili (xarici sxem)

2)      Konseptual sxemin təsviri üçün dil

3)      Daxili sxemin təsviri üçün dil

          

            Hər bir istifadəçinin özünün ünsiyyət dili var:

            Tətbiqi proqramçılar (istifadəçi-proqramlar) ya proqramlaşdırma dillərindən, ya da sistemin xüsusi dilindən istifadə edirlər.

            İstifadəçi şəxslər (sonuncu istifadəçilər) sorğu dillərindən (QBE, SQL) və xüsusi təyinatlı dillərdən istifadə edirlər.

            Müasir VBİS-lərdə xüsusi təyinatlı sorğu dillərindən geniş istifadə olunur. Bu dillər əsasən interaktiv rejimdə işləmək üçün nəzərdə tutulur və dialoq dili adlanır. Sistemlə istifadəçi arasında dialoqun təşkili üsulundan asılı olaraq dialoq dilləri müxtəlif olur.

            İstifadəçi ilə sistem arasında 3 tip dialoq mümkündür:

            1) təşəbbüskar sistem olan dialoq;

            2) təşəbbüskar istifadəçi olan dialoq;

            3) qarışıq (sərbəst) dialoq.

           

           Konseptual və daxili sxemlərin təsviri və həmçinin, verilənlərlə əməliyyat aparmaq üçün proqramlaşdırma dilindən və ya sistemin xüsusi dilindən istifadə olunur. Bu məqsədlə istifadə olunan dillərə misal olaraq iyerarxik modelli sistem üçün DL1, şəbəkə modelli sistem üçün CODASYL, relyasiya modelli sistemlər üçün SQL-i göstərmək olar.


Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov