Kompüter qrafikası

Qrafikalar divar, tablo, kompüter ekranı, kağız və ya daş kimi səthlərdə təqdim olunan vizual informasiyalardır. Fotoqrafiyalar, şəkillər, diaqramlar, tipoqrafiyalar, saylar (nömrələr), simvollar, həndəsi fiqurlar, xəritələr, mühəndis təsvirləri və s. qrafikalara aid nümunələrdir. Qrafikalar çox vaxt mətni, illüstrasiyanı və rəngi birləşdirir.

Kompüter qrafikası termini bir neçə müxtəlif anlayışı əhatə edir:

·         kompüter ilə təsvir məlumatının manipulyasiyası və göstərilməsi

·         təsvirləri yaratmaq və idarə etmək üçün istifadə edilən müxtəlif texnologiyalar

·         yaradılan təsvirlər

·         informatikanın alt sahəsi

İnformatikanın alt sahəsi olaraq kompüter qrafikası təsviri rəqəmli formada yaratmaq və idarə etmək metodlarını öyrənir. Başqa deyimlə, kompüter qrafikası hesablama texnikalarından istifadə etməklə, vizual və həndəsi informasiyaların idarə edilməsini öyrənir.

Kompüter qrafikasında əsas alt sahələrin təsnifi belədir:

§  Həndəsə – səthləri təsvir etmək və emal etmək yollarını öyrənir

§  Animasiya  hərəkəti təsvir etmək və idarə etmək üsullarını öyrənir

§  Vizuallaşdırma (rendering) – işıq nəqliyyatını reproduksiya etmək üçün alqoritmləri öyrənir

§  Əks etdirmək (imaging) – təsvir yaratma və təsvirin redaktə edilməsini öyrənir

Kompüter qrafikasının inkişafı kompüterlərlə işləmək, müxtəlif tiplərdə məlumatları translyasiya etmək və kompüteri daha yaxşı başa düşmək proseslərini daha da asanlaşdırmışdır. Kompüter qrafikasında inkişaf medianın bir çox tipində dərin təsirə malik olmuşdur və animasiyanı, kinofilmləri və video oyun sənayesini yenidən qurmuşdur.

Kompüter qrafikasında irəliləyiş bir MIT tələbəsi olan İvan Saterlendin adı ilə bağlıdır. 1961-ci ildə Saterlend Sketchpad adlandırılmış kompüterdə çertyoj qurulması proqramını (şəkil çəkən proqramı) yaratdı. Lightpen-dən istifadə edərək Skretchpad kompüter ekranında sadə formaları çəkmək, onları saxlamaq və onları istifadə etməyə imkan verdi.

Hazırda, qrafiki informasiyaları əks etdirmək üçün çoxlu güclü vasitələr yaradılmışdır. Ümumiyyətlə, kompüterdə yaradılmış təsvirlər bir neçə kateqoriyaya bölünə bilər: 2-ölçülü, 3-ölçülü, 4-ölçülü, 7-ölçülü və animasiya. Texnologiya inkişaf etdikcə 3-ölçülü qrafika daha böyük spektrdə yayılmışdır, bununla belə, 2-ölçülü qrafika hələ də geniş istifadə olunur.


2-ölçülü (2D) kompüter qrafikası rəqəmli təsvirlərin, o cümlədən, 2-ölçülü həndəsi modellərin, mətn və ədədi təsvirlər kimi ikiölçülü modellərin və onlara xas texnikaların maşın nəslidir. 2D kompüter qrafikasından əsasən  tipoqrafiya, kartoqrafiya, texniki şəkil və s. kimi ənənəvi çap və rəssamlıq əsasında inkişaf etdirilmiş sahələrdə istifadə edilir.


Kompüter qrafikasında, rastr qrafikası təsviri və ya bitmap, piksellərin düzbucaqlı torunu və ya rəngin nöqtələrini ifadə edən, monitor, kağız və ya başqa nümayiş mühiti vasitəsilə göstərilən məlumat strukturudur. Rastr təsvirləri formatları dəyişdirilməklə təsvir fayllarında (qrafiki fayllarda) saxlanılır. “Rastr” sözü Latın dilində radere (təmizləmək) sözünün törəməsi olan rastrum (dırmıqlamaq) sözündən götürülmüşdür.

Rastr təsvirində piksel (pixel) vahid nöqtədir. Piksellər normal olaraq müntəzəm 2 ölçülü torda təşkil edilir və əsasən nöqtələrdən və ya kvadratlardan istifadə etməklə təsvir edilir. Hər piksel orijinal təsvirin ən kiçik vahididir. Harada daha çox vahid (piksel) varsa, orada təsvirin daha dəqiq görünüşü təmin edilir. Hər pikselin intensivliyi dəyişəndir; rəng sistemlərində, hər piksel adətən qırmızı, yaşıl və göy (RGB) kimi üç komponentə  malikdir. Beləliklə, rastr təsvirinin ölçüsü və keyfiyyəti artdıqca o, kompüterin yaddaşnda daha çox yer tutacaq, yəni rastr təsvirinin fayl ölçüsü böyük olacaq.


Vektor qrafikası kompüter qrafikasında təsvirləri yaratmaq üçün tamamilə riyazi tənliklərə əsaslanan nöqtələr, xəttlər, əyrilər və fiqurlar və ya çoxbucaqlılar kimi primitiv həndəsi fiqurların istifadəsinə əsaslanır.

Kompüter displeyləri piksellər adlandırılmış balaca düzbucaqlı xanalar torundan təşkil edilir. Şəkil bu xanalardan qurulur. Daha balaca və yaxın xanalar birlikdə təsvirin daha yaxşı keyfiyyətini göstərir ancaq məlumatı saxlamağa daha böyük fayla ehtiyac duyur. Əgər piksellərin sayı dəyişməz saxlanılırsa, təsviri böyütdükcə hər pikselin ölçüsü böyüyəcək və təsvir dən-dən edilmiş olacaq (pikselizasiya), göz fərdi pikselləri ayırd edə biləcək.

Vektor qrafikası faylları təsviri təşkil edən xəttləri, formaları və rəngləri riyazi formullar kimi saxlayır. Vektor qrafikası proqramı verilmiş ekran ayırdetməsində  (resolution) mümkün olan ən keyfiyyətli ekran təsvirini yaratmaq üçün bu riyazi formullardan istifadə edir. Riyazi formullar təsvirin göstərilməsi zamanı ən yaxşı nəticə üçün təsviri təşkil edən nöqtələrin harada yerləşməli olduğunu müəyyən edir. Bu riyazi formullar istənilən ölçüdə və təfsilatda dəyişə bilən təsvirlər yaratdığı üçün təsvirin keyfiyyəti yalnız ekranın ayırdetməsi ilə məhdudlaşır və təsviri yaradan vektor veriləninin fayl ölçüsü sabit qalır. Eyni vektor qrafiki faylı istifadə edilməsinə baxmayaraq, təsvirin kağız üzərində çapı ekrandakı çıxışından daha keyfiyyətli alınır.

Kompüter qrafikasında “ekran ayırdetməsi”, “printer ayırdetməsi” və “təsvir ayırdetməsi” anlayışlarını dəqiq fərqləndirmək lazımdır.

Ekran ayırdetməsi – kompüter sisteminin (monitor və videokart) və əməliyyat sisteminin xassəsidir. Ekranın ayırdetməsi bir düymdəki piksellərlə (ppi - pixels per inches) ölçülür və ekrana bütövlükdə yerləşə biləcək təsvirin ölçüsünü təyin edir.

Printer ayırdetməsi – vahid uzunluqlu sahədə çap oluna biləcək ayrı-ayrı nöqtələrin miqdarını ifadə edən printerin xassəsidir. O, lpi (lines per inches) ilə ölçülür və verilmiş keyfiyyətdə təsvirin ölçüsünü və ya əksinə, verilmiş ölçüdə təsvirin keyfiyyətini təyin edir.

Təsvirin ayırdetməsi – təsvirin öz xassəsidir. O dpi (dots per inches) ilə ölçülür və qrafiki redaktorda və ya skaner vasitəsilə təsviri yaradarkən verilir. Təsvirin ayırdetməsinin qiyməti təsvir faylında mühafizə edilir və təsvirin başqa xassələri ilə – onun fiziki ölçüsü ilə ayrılmaz əlaqəlidir.

Müasir kompüter monitorları adətən düym (inch) üçün təxminən 72-dən 130-a qədər piksel (DPI) göstərir. Bəzi müasir istehlakçı printerləri düym (1 düym=2,54 sm) üçün 2400 (DPI) və ya daha çox nöqtə çap edə bilər.

Vektor formatlar qrafika işində həmişə məqsədəuyğun deyildir. Məsələn, kamera və skaner kimi qurğular rastr qrafikasını yaradır ki, vektor qrafikasına çevirmək üçün praktik deyil və beləliklə, işin bu tipi üçün redaktor riyazi formul ilə təyin edilmiş təsvirlərdən çox piksellərlə işləyəcək. Universal qrafika alətləri vektor və rastr mənbələrindən təsvirləri birləşdirə və hər ikisi üçün redaktə alətləri təmin edə bilər, beləliklə təsvirin bəzi hissələri kamera mənbəyindən gələ bilər və başqa hissələri vektor alətlərdən istifadə edərək çəkilə bilər.


2D kompüteri qrafikasından fərqli olaraq üçölçülü kompüter qrafikası 2D təsvirləri vermək və hesablamaları yerinə yetirmək məqsədi ilə kompüterdə saxlanılan həndəsi məlumatın üçölçülü (3D) təqdimatından istifadə edən qrafikadır. Belə təsvirlər real vaxtda (cari anda) baxmaq və ya sonrakı nümayiş üçün ola bilər.

Bu fərqlərə baxmayaraq, üçölçülü kompüter qrafikası “tor modelində” vektor qrafikasında olan alqoritmlərin çoxuna və sonda displeydə verilmiş rastr qrafikasına əsaslanır. Kompüter qrafikasının proqram təminatında, 3D və 2D-in arasında fərq hərdən itir; 2D qrafika obyektləri işıqlandırmaq kimi effektlərə nail olmaq üçün üçölçülü texnikalardan istifadə edə bilər və 3D isə 2D rendering texnikalarını istifadə edə bilər.


Kompüter animasiyası kompüterdən istifadə etməklə hərəkət edən təsvirlər yaratmaq sənətidir. Bu kompüter qrafikası və animasiyanın alt sahəsidir. Baxmayaraq ki, üslub üçün 2D kompüter qrafikasından hələ də geniş istifadə edilir, lakin zaman keçdikcə animasiyalar daha çox üçölçülü kompüter qrafikaları vasitəsi ilə yaradılır. Bəzən animasiyanın hədəfi kompüter özüdür, ancaq bəzən hədəf film kimi başqa mühitdir. Kompüter animasiyası, xüsusilə, filmlərdə istifadə edilərkən CGI (Computer-generated imagery - Kompüter tərəfindən yaradılan təsvirlər) da adlandırılır.

 

Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov