İnformasiya sisteminin arxitekturası

İS kompüter, xarici yaddaşdakı VB-dan, VBİS və sistemin administratorundan ibarət mürəkkəb “insan-maşın” kompleksidir. İS fəaliyyət dairəsinə görə iki qrupa bölünür: lokal və paylanmış.

            Lokal İS, adətən, bir kompüterdə reallaşdırılır, bir VB-yə malik olur və həmin VB-yə aid sorğulara cavab verir.

            Verilənlərin məntiqi və fiziki müstəqilliyini təmin etmək üçün onlar üç səviyyədə təsvir olunurlar: xarici – istifadəçi, məntiqi – konseptual, fiziki – yaddaş. Hər səviyyəyə uyğun verilənlərin modeli yaradılır.

            Xarici model istifadəçinin VB-dən tələb etdiyi verilənlərin strukturunu və tərkibini əks etdirir. Xarici modelə altsxem də deyilir.

            Məntiqi model VB-yə daxil edilən bütün verilənlərin xarakteristikalarını və onlar arasındakı əlaqələri əks etdirir. Məntiqi model VB-nin əsası sayılır.

            Fiziki model verilənlərin kompüterin xarici yaddaşında necə təşkil olunmasını əks etdirir. Bu sxemdə xarici yaddaşın xarakteristikaları, fiziki yazıların formatları, indekslər, kataloqlar və s. haqqında məlumat verilir.

            Xarici, məntiqi və fiziki modellər VBİS vasitəsilə bir-biri ilə əlaqələndirilir.

            Paylanmış informasiya sistemi paylanmış VB-də verilənlərin paylanmış emalını yerinə yetirir. Paylanmış emal o deməkdir ki, kompüterlər kommunikasiya şəbəkəsi vasitəsilə bir-biri ilə əlaqələndirilir və verilənlərin emalı şəbəkənin kompüterləri arasında bölüşdürülür. Hazırda, paylanmış İS üçün ən perspektivli kliyent/server arxitekturası hesab olunur. Bu arxitekturanın geniş yayılmış variantı kompüter şəbəkəsindən və paylanmış VB-dən ibarət olur. Paylanmış VB server kompüterdə yerləşdirilən korporativ VB (KVB) və terminal kompüterlərdə yerləşdirilmiş fərdi VB-dən (FVB) ibarət olur.

            KVB server VBİS-nin (MS SQL Server, Oracle Server) idarəsi altında yaradılır, təmin olunur və fəaliyyət göstərir.

            FVB və onların tətbiqlərinin yaradılması və idarə olunması üçün Access, FoxPro, Paradox və s. kimi VBİS-lərdən istifadə olunur.

            İS aşağıdakı konfiqurasiyalardan birində qurula bilər:

-          Həm korporativ, həm də fərdi bazaları özündə saxlayan kompüter – server

-          Kompüter-server və hər bir FVB üçün fərdi kompüter

-          Bir neçə kompüter-server və kompüter-kliyent

          

 

Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov