Verilənlərin modeli

Verilənlərin modeli (VM) onların necə və hansı qaydalarla strukturlaşdırılmasını təyin edir. VM yüksək dərəcədə tipləşdirilmiş modellər sinfinə aiddir. Yəni hər bir verilən bu və ya digər kateqoriyaya aid edilir. Əksər hallarda kateqoriyalar əvvəlcədən müəyyənləşdirilir. Kateqoriyalar və onlar arasındakı əlaqələr birlikdə sxem adlandırılır.

Strukturu konkret sxemə uyğun gələn verilənlər yığımına VB deyilir.

Verilənlərin müxtəlif tip modelləri var. VM-ni yaranma qaydaları (G) və əməliyyatlar (O) çoxluqları vasitəsilə təyin edirlər. Yaranma qaydaları VM-nin statik xassələrini əhatə edir və “verilənlərin təsviri dili” (DDL) ilə təyin olunur. Əməliyyatlar çoxluğu VM-nin dinamik xassələrini əhatə edir və “verilənlərlə əməliyyat dili” vasitəsilə əlaqələndirilir.

Verilənlərin struktur modelləşdirilməsi üçün klassik və onların əsasında yaradılmış yeni modellərdən istifadə olunur. Klassik modellərə aşağıdakılar aiddir:  iyerarxik, şəbəkə və relyasiya modelləri. Son illərdə yaranan və praktikada aktiv tətbiq olunan modelə obyektyönlü model aid edilir. Bu nöqteyi nəzərdən verilənlər bazası strukturuna görə əsasən dörd modeldə verilir:

1)      iyerarxik;

2)      səbəkə;

3)      relyasion;

4)      obyekt-yönlü.

İyerarxik model verilənlərin qraf şəklində təsvirinə əsaslanır. Sxemin qraf diaqramında təpələr (düyünlər) mahiyyətlərin tipini, budaqlar isə mahiyyətlər arasındakı əlaqələri göstərir. Bu modeldə aşağıdakı əlaqələr mümkündür: birin-birə (1:1); birin-çoxa (1:M); çoxun birə (M:1). Əlaqələr ağacvarı struktura malikdir. VB sxemi üçün qurulmuş qraf-diaqrama təyinat ağacı deyilir. Bu cür sistemlərə misal olaraq 1970-90-cı illərdə yayılmış IMS və OKA sistemini göstərmək olar.

vb

Şəbəkə tipli modellər də iyerarxik modellər kimi verilənlərin qraf diaqramı şəklinə təsvirinə əsaslanır. İyerarxik modeldən fərqli olaraq burada əlavə olaraq çoxun-çoxa (M:N) əlaqəsi də həyata keçirilir. Şəbəkə modelləri (ŞM) və onlara uyğun VBİS-lərin yaradılmasında CODASYL və DBTG-nin verdiyi təkliflərin böyük rolu olub. ŞM-də (M:N) əlaqəsinin həyata keçirilməsi onun k sayda (1≤k≤M) (1:N) əlaqəsinə çevrilməsi yolu ilə aparılır. Bu isə həm konseptual, həm də fiziki səviyyədə mürəkkəblik yaradır. ŞM VBİS-lərə MARK-1, MARK-2, 9PAC, İDS, TOTAL, ADABAS, CET, CETOP aiddir.

Relyasiya modelinin (RM) yaranması Edqar Koddun (IBM) adı ilə bağlıdır. Bu modeli o, 1970-ci ildə təklif etmişdir. RM-nin əsasını nisbət (relation) riyazi anlayışı təşkil edir. Nisbəti ikiölçülü cədvəl kimi təsvir etmək olar. FK üçün VBİS-lərin əksəriyyətində RM istifadə olunur. RM-dən əsasən orta ölçülü VB-lər üçün istifadə olunur, cədvəllərin sayı artdıqca VB-nin işləmə sürəti azalır.

Obyektyönlü model (OYM) RM və ŞM-ni özündə birləşdirir və mürəkkəb strukturlu VB-nin qurulması üçün istifadə olunur. OYM-də obyektyönlü proqramlaşdırma prinsiplərindən istifadə olunur. OY yanaşmada abstraksiya səviyyəsi daha yüksək olur. Bu tip modeldə relyasiya konsepsiyası domenlərə əsaslanır, yəni obyekt sinfi kimi domen götürülür.

          

 

Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov