Verilənlər lüğəti


VL və ya metaverilənlər bazası tətbiq sahəsini əhatə edən obyektlər, onların atributları, obyektlər arasındakı qarşılıqlı əlaqələr, verilənlərin alınma mənbələri, mümkün qiymətlər dairəsi, təsvir formatları, istifadəçilər və onların sorğuları və s. haqqında məlumatı mərkəzləşdirilmiş şəkildə özündə saxlayır.

            VL istifadəçilərə və administratora aşağıdakı funksiyaların yerinə yetirilməsində kömək edir:

-          İstifadəçilər haqqında məlumatın əldə edilməsi və onlar arsında əlaqə yaradılması

-          Sistemə yeni verilənlər daxil edilməsi və ya mövcud verilənlərin təsvirinin dəyişdirilməsi ilə əlaqədar olaraq məlumatların alınması

-          Verilənlərdə təkrarlanmaların azaldılması və ziddiyyətlərin aradan qaldırılması

-          Tipik sorğular, menyular və çıxış sənədləri haqda məlumatın əldə edilməsi

-          Verilənlərdə edilən dəyişikliklərin bütövlükdə VB-yə təsir dərəcəsinin təyini

-          VB-nin yaradılmasını və genişləndirilməsini sadələşdirmək üçün verilənlərin idarə edilməsinin mərkəzləşdirilməsi.

            Metaverilənlər bazasının yaradılması və istismarı VB-nin administratorunun funksiyalarına daxildir.


 

Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov