Proqram vasitələri


VBİS-in proqram təminatı VB-nin yaradılması və istismarı ilə əlaqədar olan prosedurları yerinə yetirən bir sıra proqram modullarından ibarət olan mürəkkəb kompleksdir. Onun əsas funksiyaları:

-          VB-nin yaradılması

-          VB-nin təshih edilməsi

-          VB-nin genişləndirilməsi

-          İstifadəçi sorğularının emal üçün hazırlanması

-          Verilənlərin axtarışı

-          VB və istifadəçilər arasında interfeysin təşkili

-          Axtarış nəticələri üzərində sorğunun tələb etdiyi əməliyyatların yerinə yetirilməsi

-          Verilənlərin tamlığı və mühafizəsinin təmin edilməsi

-          Sistemin interaktiv rejiminin idarə edərə olunması

-          Teleemal rejiminin idarə olunması

-          VL-nin yaradılması və idarə edilməsi

            Göstərilən funksiyaları yerinə yetirən proqramlar VBİS-in idarəedici proqramları sayılır. Bu proqramlardan əlavə VBİS-in tərkibinə yaddaş sərfini azaltmaq məqsədilə verilənlərin sıxılmasını və açılmasını yerinə yetirən, verilənlərin düzgünlüyünü yoxlayan proqramlar və digər servis xarakterli proqramlar da daxildir.

 

Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov