Lokal kompüter şəbəkələrinin topologiyaları

 Lokal kompüter şəbəkələri eyni mühitdə və çox böyük olmayan ərazidə (bir otaq, bir bina, bir müəssisə və s. daxilində) qurulan şəbəkədir. Bu şəbəkələrdə kompüterlər arası məsafə adətən 1-2 km-dən çox olmur. Lokal kompüter şəbəkələri müxtəlif topologiya (struktura) üzrə qurulur.


Topologiya  lokal şəbəkənin forma və strukturunu qrafiki əks etdirən nəzəri bir konstruksiyadır. Lokal şəbəkələrin topologiyalarını həm fiziki, həm də məntiqi nöqteyi-nəzərdən təsvir etmək olar.


Fiziki topologiya – lokal şəbəkənin komponentlərinin həndəsi yerləşməsini təsvir edir.



Məntiqi topologiya – qarşılıqlı əlaqə yarada bilən şəbəkənin son nöqtələri arasında mümkün olan birləşmələri əks etdirir. Kompüter şəbəkəsinin topologiyası dedikdə şəbəkənin kompüterlərinin fiziki yerləşməsi və onların rabitə xətləri vasitəsilə birləşməsi üsulu başa düşülür. Topologiya – avadanlığa qoyulan tələbləri, istifadə olunan kabelin növünü, mübadilənin idarə olunmasının daha rahat üsullarını, işin etibarlılığını, şəbəkənin genişlənməsi imkanlarını təyin edir.


Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov