İnternet

1969-cu il tarixindən etibarən Amerika Birləşmiş Ştatları Internetin əsasını qoydu. Bu zaman bir qrup alim kompüterlərin şəbəkələrə birləşdirilməsi üzrə tədqiqatlara başlamışdır. Tədqiqat ABŞ-ın Müdafiə Nazirliyi bölməsi olan Advanced Research Project Agency (ARPA – Elmi Araşdırmalar Agentliyi) tərəfindən maliyyələşdirilmişdir. Internetin əsasını qoyan Vinten Serf və Robert Kenin fikrincə, Internet 2 sentyabr 1969-cu ildə Len Kleynrokun Kaliforniya Universitetindən kompüterini ARPANET şəbəkəsinə qoşduğu gün Internetin ”yarandığı” tarix sayılır.


ARPANET sistemi uzaq məsafədə olan kompüter mərkəzləri ilə əlaqələri yaradırdı. Bu sistem  elektron poçtunun göndərilməsi və informasiya mübadiləsi üçün istifadə olunurdu. Sistem inkişaf edərək, 1983-cü ildə iki şəbəkəyə, ARPANET və MILNET şəbəkələrinə bölünür. MILNET səbəkəsi hərbi məqsədlər, ARPANET şəbəkəsi isə elmi tədqiqatlar məqsədi üçün nəzərdə tutulurdu. Növbəti mərhələdə ARPANET-i NSFNET (National Science Foundation Network) şəbəkəsi əvəzlədi. İki şəbəkə arasında informasiya mübadiləsi imkanı yaranır və bu birləşmə Internet adı ilə tanınır. İnternet” termini “interconnected networks” ifadəsindən yaranmışdır.


1980-ci ildə yeni şəbəkələr meydana gəldi. Məsələn, BITNET (Because It’s Time Network), CSNET (Computer Science Network) şəbəkəsi hesablama texnikası və proqramlaşdırma üzrə tədqiqatçıları birləşdirirdi. Sonralar bu şəbəkələr Internetə daxil oldu. 1995-ci ildə Milli Elm Fondu Internetin maliyyələşməsini məhdudlaşdırdı və beləliklə, internetin kütləvi olaraq kommersiyalaşması baş verdi.


İnternet qlobal şəbəkədə birləşmiş milyonlarala kompüterləri, proqramları, verilənlər bazalarını, fayl və insanları birləşdirən şəbəkələrdən ibarət şəbəkədir.

 


Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov