VBİS-in proqram təminatı VB-nin yaradılması və istismarı ilə əlaqədar olan prosedurları yerinə yetirən bir sıra proqram modullarından ibarət olan mürəkkəb kompleksdir. Onun əsas funksiyaları:
- VB-nin yaradılması
- VB-nin təshih edilməsi
- VB-nin genişləndirilməsi
- İstifadəçi sorğularının emal üçün hazırlanması
- Verilənlərin axtarışı
- VB və istifadəçilər arasında interfeysin təşkili
- Axtarış nəticələri üzərində sorğunun tələb etdiyi əməliyyatların yerinə yetirilməsi
- Verilənlərin tamlığı və mühafizəsinin təmin edilməsi
- Sistemin interaktiv rejiminin idarə edərə olunması
- Teleemal rejiminin idarə olunması
- VL-nin yaradılması və idarə edilməsi
Göstərilən funksiyaları yerinə yetirən proqramlar VBİS-in idarəedici proqramları sayılır. Bu proqramlardan əlavə VBİS-in tərkibinə yaddaş sərfini azaltmaq məqsədilə verilənlərin sıxılmasını və açılmasını yerinə yetirən, verilənlərin düzgünlüyünü yoxlayan proqramlar və digər servis xarakterli proqramlar da daxildir.