Lokal şəbəkələrə adətən, əhatə dairəsinin radiusu 1-2 km-dən çox olmayan kompüter şəbəkələrini aid edirlər. Lakin bəzi hallarda lokal şəbəkənin əhatə etdiyi məsafə onlarla kilometr ola bilər. Lokal şəbəkə bir təşkilata aid olan kommunikasiya sistemidir.
Lokal şəbəkələrin fərqləndirici xüsusiyyətləri aşağıdakılardır:
ü yüksək ötürmə sürəti;
ü ötürmə səhvlərinin səviyyəsinin aşağı olması;
ü yüksək səviyyəli rabitə kanallarının olması;
ü mübadilənin idarə olunmasının səmərəli, tez təsirli mexanizminin olması;
ü şəbəkəyə qoşulmuş kompüterlərin sayının dəqiq təyin edilmiş və məhdud sayda olması zərurəti.
Əksər hallarda, lokal şəbəkələr disk mühiti, çap qurğuları və qlobal şəbəkəyə çıxış kimi resursların bölünməsi üçün istifadə olunurlar.
Lokal şəbəkələr şəbəkənin bütün kompüterlərində paralel hesablama sistemini təşkil etməyə imkan verir. Bu isə mürəkkəb riyazi məsələlərin həllini sürətləndirməyə imkan yaradır. Lokal şəbəkənin abunəçiləri kimi tək kompüterlər deyil, çap qurğusu, skaner, plotter kimi digər qurğular da çıxış edə bilərlər.
Hal-hazırda kabelsiz lokal kompüter şəbəkələri də tətbiq edilir. Bu şəbəkələrdə radio modemlərdən (adapterlərdən) istifadə edilir. Bu zaman kompüterlər arası informasiya mübadiləsi kabellərlə yox, radio kanallar vasitəsi ilə həyata keçirilir. Bu cür şəbəkələrə PAN, WLAN, WWAN, CAN edilir.
PAN (Personal Area Network – fərdi şəbəkə) – 10 m radiusa malik məsafədə yerləşən fərdi kompüter və digər qurğuları əlaqələndirən şəbəkədir. PAN üçün ən perspektivli standart Bluetooth-dur.
WLAN (Wireless Local Area Network – simsiz lokal şəbəkə) – 100 m məsafədə yerləşən kompüterlərin əlaqələndirilməsi üçün istifadə olunur. Kiçik təşkilatlarda belə şəbəkələr simli əlaqələri tamamilə əvəz edə bilər. Bu cür şəbəkələr üçün Wi-Fi standartından istifadə edilir. Wi-Fi (Wireless Fidelity – simsiz əlaqə) – 1997-ci ildə yaradılmış, geniş ərazini əhatə edən simsiz əlaqə standartıdır.
WWAN (Wireless Wide Area Network – simsiz geniş əhatəli şəbəkə) – mobil istifadəçilərə İnternetdən və korporativ şəbəkələrdən istifadə etməyə imkan verən simsiz əlaqədir. Burada ən çox GPRS texnologiyasından istifadə edilir.
CAN (Campus Area Network – kampus şəbəkəsi) – böyük olmayan coğrafi ərazidə bir neçə lokal şəbəkənin birləşməsidir.
Son zamanlar bir bina (və ya bir otaq) içərisində mövcud elektrik şəbəkəsindən istifadə edilərək lokal kompüter şəbəkələr qurulması üçün proqram və texniki vasitələr işlənilmişdir.
Kompüterlər arasında informasiya mübadiləsini təşkil etmək məqsədilə LKŞ-də Beynəlxalq Elektrik və Elektronika Mühəndisləri İnstitutu (IEEE - Institute of Electrical and Electronics Engineers) tərəfindən hazırlanmış standart protokollardan istifadə olunur.
IPX (Internetwork Packet Exchange) protokolu OSI modelinin nəqliyyat səviyyəsinin protokoludur. NETBIOS (Network Basic Input/Output System) – şəbəkənin baza giriş-çıxış sistemi olub şəbəkə səviyyəsinin protokoludur. SPX (Sequenced Packet Exchange) – seans səviyyəsinin protokolu olub, IPX və NETBIOS protokolları əsasında yaradılmışdır.