Halqavari topologiya (Ring)

Halqavari topologiyalı lokal şəbəkələrdə hər bir kompüter (işçi stansiya) bir-biri ilə halqavari şəkildə. Bu topologiyalı şəbəkədə məlumatlar müəyyən bir istiqamətdə (məsələn, saat əqrəbi istiqamətində) bir kompüterdən qonşu kompüterə ötürülmək şərti ilə lazımi ünvana (kompüterə) çatdırılır. Bu tip şəbəkələrdə əsasən marker prinsipindən istifadə edilir. Markeri əldə edən kompüter məlumat göndərmək hüququna malik olur. Markeri əldə etmiş kompüterin, digər kompüterlərə göndərəcəyi məlumatı var isə, bu məlumatları markerə yerləşdirərək onu paket şəklinə çevirir, məlumatın gedəcəyi ünvanı və digər lazımi informasiyaları paketə qeyd edərək, qonşu kompüterə göndərir. Paketi almış kompüter, onun ünvan hissəsinə baxır və əgər paket ona ünvanlandırılmışsa, paketi özünə qeyd edir, əks halda paketi özündən sonrakı kompüterə göndərir. Paket halqa ilə tam bir yol keçdikdən sonra paketi göndərmiş kompüter onu halqadan çıxardır və yeni paketi (əgər göndərməyə məlumatı varsa) göndərir. Əgər göndərməyə informasiya yoxsa markeri bir sonrakı kompüter göndərir. Bu tip şəbəkələrdə kompüterlərdən biri həm də monitorinq funksiyasını həyata keçirir (şəbəkə işə qoşularkən markerin generasiya edilməsi, itən markerin bərpası və s.).

Halqavari topologiyalı lokal şəbəkələrin əsas üstünlükləri aşağıdakılardır:

·         Hər bir kompüter yalnız qonşu kompüterlə birbaşa bağlıdır;

·         Hər bir kompüterin məlumat göndərə bilməsi üçün ona müəyyən vaxt verilir.

 

Halqavari topologiyalı lokal şəbəkələrin əsas çatışmayan cəhətləri aşağıdakılardır:

·         Hər bir kompüter informasiyanın ötürülməsində iştirak edir. Buna görə də hər hansı bir kompüterin adapterinin sıradan çıxması şəbəkənin işini pozur;

·         Şəbəkə adapteri daima işçi vəziyyətdə olmalıdır;

·         Hər kompüterə iki kabel çəkilməlidir;

Halqavari topologiyalı lokal şəbəkələr IEEE 802.5 standartı əsasında qurulurlar. Halqavari topologiyalı lokal şəbəkələrə nümunə olaraq IBM korporasiyasının təklif etdiyi Token Ringşəbəkəsini göstərmək olar.

 

FDDI, (Fiber Distributed Data Interface), yüksək sürətli bir kompüter şəbəkəsidir, xüsusilə optik lifli  kabel xəttlərində (mis kabeldən istifadə edilsəydi CDDİ adlandırılardı) istifadə edilir. 1980-ci illərin ortalarında yüksək sürətli kompüterlərin inkişaf etdirilməsiylə ortaya çıxmış bir standartdır. Bu standart hal-hazırda Ethernet  qədər məşhur deyil.

FDDI istifadə edilən optik lifli kabel sayəsində yüksək sürətlərdə işləyən (100 Mbit/san-nin üzərində) Token Ring lokal şəbəkəsidir. FDDI kabelləşdirmədə cüt kabelləşdirmə texnikası istifadə edilir. Bu vəziyyətdə bir tərəf saat yönündə ötürmə edərkən digər tərəf saatın tərsi yönündə ötürmə edir. FDDI-da A (DAS - Dual-Attached Station) və B (SAS - Single-Attached Station) sinifi olmaq üzrə iki stansiya vardır. A sinifi stansiyalar vacib məlumatlar çatdırdığından hər iki kabelə də bağlanır. B sinifi stansiyalar isə kabellərdən yalnız birinə bağlanır. FDDI ilə IEEE 802.5 Token Ringin bir fərqi vardır. 802.5-də bir stansiya göndərdiyi paket yerinə gedib geri gələnə qədər yeni marker (jeton) yarada bilmədiyi halda, FDDI-da (IEEE 802.4 protokolunun törəməsindən istifadə edir) stansiyanın yeni bir marker yaratmaq üçün köhnə markerin geri gəlməsini gözləməsinə ehtiyac yoxdur.

FDDI texnologiyası, tətbiqlər üçün ideal olan gerçək zamanlı şəbəkə zolağı aralığını (real time allocation) istifadə etmə imkanı təqdim etməkdədir. FDDI bunu iki fərqli tipdə trafik ilə təmin etməkdədir:

·         Bərabər Zamanlı (synchronous): Bərabər zamanlı zolaq aralığı, səs və video mübadiləsi kimi davamlı məlumat axışının lazım olduğu vəziyyətlərdə istifadə edilər. Geri qalan zolaq aralığı bərabər zamanlılıq tələb etməyən tətbiqlər üçün istifadə edilər.

·         Bərabər Zamanlı Olmayan (asynchronous): Bu cür trafikdə səkkiz səviyyəli prioritet dəyərləri vardır. Bu prioritet dəyərinə görə özlərinə ayrılan zolaq aralığını istifadə edir. Bərabər zamanlı zolaq aralığını istifadə edə bilməyən və prioritet dəyəri aşağı olan kompüterlər FDDI prioritet mexanizmi tərəfində qıfıllanaraq şəbəkədən çıxarılır.

FDDI 1500 baytlıq kadr ölçülü standart 100 Mbps Ethernetdən daha böyük kadr ölçüsünə malkdir (4352 bayt). Böyük coğrafi oblastları (200 km) bürüməyə əlavə olaraq, FDDI lokal şəbəkələri minlərlə istifadəçini dəstəkləyə bilir.

 

 

Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov