Ulduzvari topologiya (Star)



Ulduzvari topologiyalı lokal şəbəkələr mərkəzi qovşaq üzərində qurulur. Hər bir kompüter mərkəzi qovşaq ilə ayrıca xətlə birləşdirilir. Kompüterlər arasında informasiya mübadiləsi mərkəzi qovşaq vasitəsi ilə həyata keçirilir. Bu qovşaq nüvə və ya konsentrator adlandırılır.


Mərkəzi qovşaq kimi HUB, kommutator və ya xüsusi server kompüteri istifadə oluna bilər.


Mərkəzi qovşaq kimi kompüter istifadə olunduqda bu cür şəbəkə aktiv və ya əsl ulduz adlanır. Mərkəzi qovşaq funksiyasını konsentrator və ya hab olduqda, bu topologiya passiv ulduz adlandırılır.


Ulduzvari topologiyalı lokal şəbəkələrin əsas üstün cəhətləri kompüterlər arası mübadilənin sadə olmasıdır. Ulduzvari topologiya şin topologiyasına nisbətən daha etibarlıdır. Bu şəbəkələrin çatışmayan cəhəti isə şəbəkənin etibarlılığının mərkəzi qovşağın etibarlılığından asılı olması və şəbəkə avadanlığının baha olmasıdır. Bu topologiyanın ciddi çatışmazlığı abunəçilərin sayının məhdud (8-16) olmasıdır. Bu çatışmazlığı aradan qaldırmaq üçün iyerarxik ulduzvari topologiyadan istifadə olunur.


Ulduzvari topologiyalı lokal şəbəkəyə nümunə olaraq Ethernet 10 BASE-T, 100 BASE-T şəbəkələrini göstərmək olar. Burada 10 və 100 - şəbəkənin sürətini (Mbit/san) göstərir.


Ulduz topologiyasından istifadə olunmuş şəbəkələrdən biri də Datapoint korporasiyası tərəfindən təklif olunmuş Arcnet-dir. Bu üsulda da Token Ring şəbəkəsində olduğu kimi məlumatın ötürülməsi markerlər vasitəsilə həyata keçirilir.

 

 

Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov